Maraqlı

Onun dünyada ala bilməyəcəyi heç nə yoxdur: peşəsini öyrənən ŞOKA DÜŞÜR - FOTO

22 Mart 2019 07:22
2 Şərh     Baxış: 7 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Hərbi Akademiyasının Sərhəd Qoşunları fakültəsindən leytenant rütbəsi ilə məzun olan Bruney şahzadəsi Matin dünya gündəmini zəbt edib.

Milli.Az xəbər verir ki, 27 yaşlı şahzadə aldığı təhsildən çox lüks həyatı və sahib olduğu imkanlarla insanları heyran qoyur.

Sultan Həsən əl Bolkiyanın 10-cu övladı və 4-cü oğlu olan Matin lüks yaşantısını sosial media vasitəsilə izləyiciləri ilə bölüşür.

Matin 3 il əsgərlik çəkdikdən sonra narkotik ticarəti ilə məşğul olan şəxslərə qarşı təşkil edilən əməliyyatlarda da iştirak edir. O, son olaraq hərbi pilot rütbəsi alıb və Qanad paqonu ilə mükafatlandırılıb.

Ailəsinin toplamda 20 milyard dollar sərvətə malik olduğu deyilir.

Şahzadənin instaqram hesabında 1 milyondan çox izləyicisi var. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.