Maraqlı

Antibiotikdən sonra göbələyə qarşı dərman vacibdirmi?

19 Mart 2019 21:50
0 Şərh     Baxış: 1 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər və həkimlər adətən antibiotik istifadəsinin 3-cü günündən etibarən göbələk əleyhinə preparat qəbulunu məsləhət görür. Antibiotiklər bədəndə olan zərərli mikroblarla yanaşı, insan üçün xeyirli hesab edilən mikrobları da məhv edir. Bu da xəstəlik sonrası müxtəliv narahatlıqların, göbələk kimi problemlərin yaranmasına səbəb olub. Məhz bu səbəbdən mütəxəssislər həkim məsləhəti olmadan antibiotik istifadəsini qətiyyətlə qadağan edir və bu preparation qəbulunun 3-cü günüdə göbələk əleyhinə dərman istifadəsini məsləhət görürlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, pediatr Altay Abdullaoğlu bildirib ki, antibiotiklərin istifadəsi zamanı göbələk əlehinə dərmanların qəbuluna ehtiyac yoxdur:

"Çox vaxt həkimlər antibiotik qəbulu zamanı bununla yanaşı göbələk əlehinə preparatlar da təyin edilər ki, göbələk yaranmasın. Hətta bir çox insanlar bu qaydanı mütləq bilib, özbaşına bu dərmanları qəbul da edirlər. Ancaq aparılan araşdırmalar göstərir ki, göbələk əlehinə olan (antifunqal) dərmanların qəbulu göbələk yaranmamasına təsir etmir. Əksinə, göbələk əlehinə preparatlar qəbul edəndə orqanizmdə göbələk yaranırsa, bu həmin preparatlara (antifunqala) qarşı davamlılıq (rezistentlik) yaradır. Bu isə müalicəni çətinləşdirir. Nəticə olaraq demək istəyirik ki, antibiotiklərin istifadəsi zamanı göbələk əlehinə dərmanların qəbuluna ehtiyac yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.