Maraqlı

Məhəmməd məscidinə niyə “Sınıqqala məscidi” də deyirlər?

19 Mart 2019 22:15
0 Şərh     Baxış: 1 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının ən qədim məscidi sayılan İçərişəhərdəki Məhəmməd məscidinə niyə "Sınıqqala məscidi" də deyirlər?

Məhəmməd məscidi 1078-79-cu illərdə memar Məhəmməd Əbubəkr oğlu tərəfindən tikilmişdir. "Sınıqqala" adı isə 1723-cü ildə yaranmışdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, Xəzər sahili boyunca işğalçı yürüşlərə çıxmış I Pyotrun artilleriyası həmin ilin iyunun 26-da Bakını atəşə tutanda şəhərin ən qədim məscidinin minarəsi zədələnmişdir. Top mərmisinə qala bürcü kimi dözən minarəyə el arasında "Sınıqqala" adı verilmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.