Maraqlı

Toy gecəsi ilə bağlı ilk dəfə oxuyacağınız AĞLASIĞMAZ MƏQAMLAR: sən demə, qızlar... - FOTO

17 Mart 2019 16:27
4 Şərh     Baxış: 16 964

Qədim Rusiyada hündür və nə qədər qəribə olsa da, kök qızlar ən heyrətamiz gəlinlər sayılırdı. Ona görə də, arıq qızlar nişanlılarını aldatmaq üçün üst-üstə köynək və ətək geyinirdilər. Bu arada adaxlı oğlanın çəki və boyu o qədər də önəmli deyildi. Əsas olan onun ailəsinin zəngin olub-olmaması idi.

Milli.Az qədim Rusiyada evlilik məsələsinin geniş ictimaiyyətə məlum olmayan absurd tərəflərini oxuculara çatdırır:

Gəlini adətən oğlanın atası seçirdi, o, ilk olaraq namizəd olan qızın atası ilə danışır, yalnız bundan sonra elçilər qız evinə gedirdi. Toyun birinci günü gəlin qayınanasına öz əli ilə tikdiyi köynək hədiyyə etməli idi. Ertəsi gün qayınana bu köynəkdə toya gəlirdi. Yaxud öz köynəyi ilə gələrək bəyan edirdi: "Orada baxmalı bir şey yox idi!".

Bəzən günümüzdə də mövcud olan, bakirəliyi imitasiya naminə gizli olaraq xoruz kəsib qanından istifadə edirdilər.

Bütün bunlara baxmayaraq, çox az adam bilir ki, qədim Rusiyada əgər zifaf gecəsi kişinin əlindən bir şey gəlməsəydi, gənc qadın dərhal gedib özünü suda boğmalı idi...

Hesab edilirdi ki, bu, bədəli ağır olan bir biabırçılıqdır - qadın kişini cuşa gətirmədi və onu ehtiraslandıra bilmədi. Hərçənd, bəlkə kişi impotent idi, yaxud həmin gecə təsadüfən alınmadı, ertəsi gecə alınacaqdı. Amma yox, bu hallarda qadın üçün ikinci gecə anlayışı sadəcə yox idi. Yeri gəlmişkən, xristianlığın gəlişilə bu absurd adət tədricən aradan qaldırıldı.

Zaur Həsənəliyev
Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    QQ · 17 Mart 17:04100

    Yazıq qadınlar.Hər zaman ,hır yerdə qadına qarşı vəhşət olub. Görəsən indi.ruslar arada ulu babaları zamanlndakı qayda qanuna necə baxarlar.?))

    Cavab yaz
  • Anonim
    l · 17 Mart 17:5240

    Bele meger kiwi belke impotentdir??))))))))))))))))))

    Cavab yaz
  • Anonim
    Mətiş · 18 Mart 09:4944

    Xristianlığı necə qəbul etmək olar, kim bilir?

    Cavab yaz
  • Anonim
    Qaqa · 18 Mart 11:0610

    geşşşeyyy

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.