Maraqlı

Uber-in pilotsuz avtomobillərinə 1 milyard dollar

19 Mart 2019 08:59
0 Şərh     Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SoftBank və Toyota da daxil olmaqla bir neçə investordan ibarət qrup Uber şirkətinin pilotsuz avtomobillər ilə məşğul olan şöbəsinə 1 milyard dollar investisiya yatırılması üzrə danışıqlar aparır. Bu barədə bir neçə nüfuzlu sayt (Reuters, The New York Times və The Wall Street Journal) xəbər verib. Məlumata əsasən nəticə etibarilə müqavilə bağlanmaya da bilər. Lakin danışıqların uğurlu olacaqları halında müqavilənin bağlanması artıq gələn ay elan oluna bilər. Uber şirkətinin pilotsuz avtomobillər ilə məşğul olan şöbəsinin sözügedən investisiyanı alma şərtləri arasında investorlar üçün bu şöbənin səhmlərinin verilməsi var.

Milli.Az technote.az-a istinadən bildirir ki, lakin buna baxmayaraq pilotsuz avtomobillər şöbəsi üzrə idarəetmə Uber şirkətinə məxsus solacaq. Müqavilə baş tutarsa Uber şirkətinin pilotsuz avtomobillər üzrə şöbəsinin dəyəri 5-10 milyard dollar dəyərində qiymətləndirilə bilər. Əldə olunacaq vəsaitləri isə şirkət pilotsuz avtomobillər şöbəsinin tədqiqatlarına xərcləyəcək. Bundan əlavə olaraq yeni investisiyalar Uber şirkətinin IPO-na diqqətin artmasına da səbəb ola bilər. IPO nəticəsində isə Uber şirkətinin bazar dəyəri 120 milyard dollar təşkil edə bilər. Qeyd etmək lazımdır ki, 2018-ci ilin yanvar ayında SoftBank Uber şirkətinin səhmlərinin 15%-ni alaraq şirkətin ən böyük səhmdarı olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.