Maraqlı

“OnMed” stansiyası həkimi əvəz edəcək

19 Mart 2019 07:31
0 Şərh     Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tibbi onlayn konsultasiyalar tədricən həyatımızın bir hissəsinə çevrilir. Ancaq yalnız danışıq və ya mətn mesajları kifayət deyil. HD formatlı kamera və müxtəlif datçiklərlə təchiz edilmiş yeni "OnMed" stansiyası həkim effektini gücləndirir, həm də həkimin təyinatı ilə dərman vasitəsi verir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, kiçik stansiya və ya köşk formasında hazırlanmış "OnMed" vasitəsilə həkimlə məsafədən ünsiyyət saxlamaq mümkündür. Video və səs avadanlığının  köməyi ilə xarici müayinədən başqa, həkim pasiyentin əsas fiziki parametrləri (boy, çəki, BKİ (Bədən Kütlə İndeksi), tənəffüs və qanın oksigenlə təchizi) haqqında informasiya əldə edir. Sözügedən stansiya, həmçinin bədənin temperaturunun istilik "təsvirini" yaradır və orqanizmdə infeksiyaların mövcudluğu ilə bağlı diaqnoz qoyur.
 
"OnMed" stansiyası konsultasiya bitdikdən sonra xəstəyə yüzlərlə dərmandan ibarət olan öz ehtiyatından dərman verir. Lazımi dərman vasitəsi olmadıqda "OnMed" aptek üçün resept çap edir.
 
"OnMed" stansiyasında əlaqə seansı zamanı məxfilik qaydalarına diqqətlə riayət edilir: köşk kənar şəxslərdən tam qorunur. Abunəçilərin eyniləşdirilməsi üçün 3D sifət tanınma sistemindən istifadə edilir. Konsultasiyanın müddəti 15 dəqiqədən çox olmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.