Maraqlı

Rusiyalı müğənninin nədən öldüyü məlum oldu

17 Mart 2019 17:06
2 Şərh     Baxış: 1 823

Xəbər verdiyimiz kimi, məşhur rusiyalı müğənni Yuliya Naçalova ötən gün ayağının amputasiya əməliyyatındam sonra dünyasını dəyişib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, Yuliyanın atası Viktor Naçalov qızının hansı səbəbdən öldüyü haqda mediaya məlumat verib. 

"Bədənində abses (iltihab nəticəsində irin yığılması-red.) baş verib. Həkim personalının bütün cəhdlərinə rəğmən qızımın ürəyi tab gətirmədi və o, dünyasını dəyişdi", - deyə müğənninin atası bildirib. 

Qeyd edək ki, Yuliya Naçalova 31 yanvar 1981-ci il tarixində Voronej şəhərində peşəkar musiqiçi ailəsində dünyaya gəlib. Atası musiqi ansamblının direktoru, anası isə kollektivin solisti olub. Yuliya 1991-1992-ci illərdə keçirilən "Utrennyaya Zvezda" adlı musiqi yarışmasının qalibi olub. Sənətçi karyerası boyunca bir çox musiqi albomları yazdırmaqla yanaşı özünü kino sahəsində aktrisa kimi sınayıb. 

Üzərində işləməyi sevən Naçalova "Rossiya 1" telekanalında yayımlanan "Odin v odin" şousunda da möhtəşəm perfomansları ilə izləyiciləri təəccübləndirib. O, "Uçitel", "Duymovoçka", "Qeroy ne moyeqo romana", "Mejdu mnoy i toboy" və digər hitləri ilə izləyicilərin sevgisini və rəğbətini qazanıb. 

Milli.Az 

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Advokat · 17 Mart 17:5550

    Gozel sesli gozel uzlu Yulickanin olumu cox gozlenilmez oldu. 90 ci illerden onun senetini izleyirem. Qeyri adi ses tembri var idi. Rehmetlik.

    Cavab yaz
  • Anonim
    Raul · 17 Mart 21:1920

    Allah rəhmət eləsin. Amin. Cavan idi. Allah o, dünyanı versin. Amin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.