Maraqlı

Xoşbəxtlik yolunda yenilənmə enerjisi: Bütün bürclər üçün tövsiyələr

17 Mart 2019 11:22
0 Şərh     Baxış: 1 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təbiət oyanır, hər şey yaşıllaşır, ağaclar çiçəklənir... Bu, baharın başlanğıcıdır. Yeni mərhələnin başlanğıcının simvolu kimi gecə ilə gündüz bərabərləşməyə başlayır. Xoşbəxt olmaq üçün çox səy göstərmək lazım deyil. Axı Kainat xoşbəxtlik qapılarını hər kəs üçün özü açır.

Hətta qədim dövrlərdə insanlar bilirdilər ki, bu dövrdə təbiət dəyişir və planetin istəklərimizə qarşı ən həssas dövrünə qədəm qoyulur. Təəccüblü deyil ki, biz xəyallarımızı reallaşdırmaq üçün gözlənilmədən kömək ala bilərik. Mürəkkəb həyat məsələlərini həll etmək üçün qəfil güc meydana çıxır. Dünya oyanır və biz şüuraltı işığa doğru can atırıq. Bədəni günəşin enerjisiylə doldurmaq və yaz havasını dərindən ciyərlərimizə çəkmək istəyirik.

20-21 mart yaz gecə-gündüzün bərabərliyi bizə nə gətirəcək?

20-dən 21-nə keçən gün gecə bərabər olacaq, qaranlığın güc isə geri çəkiləcək. Gecə-gündüz bərabərliyində günəş enerjisi çox güclü hiss olunur. Məhz o, vəziyyətə nəzarət edir və bizə güc verir. Bu il gecə-gündüz bərabərliyi od ünsürünü nəzarətinə alacaq, Günəş isə Qoç zodiak işarəsinə çevriləcək.

Bizim üçün bu, enerji qüvvələrini üçqat artırmaq deməkdir. Alov təmizlik və azadlıq gücünə malikdir. Odur ki, bayram tonqalından tullanarkən "Ağırlığım-uğurluğum odda qalsın" deyərək zehni olaraq bütün çətinlikləri üzərinizdən ata və Kainat qüvvələrindən yeni başlanğıclar xahiş edə bilərsiniz.

Bu dövrdə düşüncələr gələcəyə yönəldilməlidir və yalnız müsbət rənglərlə boyanmalıdır. Axı bütün ruhumuzun xəyal etdiyi hər şey yaxında reallaşma şansına malikdir.

Axşam bir şam yandırmaq və alova baxmaq faydalıdır. Bu ayin ruhu sakitləşdirir və bədəni təmizləyir. Günortadan sonra hava günəşli olduqda, parkda və ya sadəcə küçədə gəzməyə çıxın. Günəşin sizi xoşbəxtlik enerjisi ilə doldurmasına icazə verin.

Kainat bu müddətdə istəklərimizi daha güclü eşidir. Yardım edin, xəyal qurun və özünüzü müvəffəqiyyətə kökləməyə çalışın. Kosmos sizə müsbət enerji verə bilər, amma bir adam boş-boş oturub həyatın ədalətsizliyindən gileylənirsə, çətin ki, hər hansı bir möcüzə baş versin və ya həyatı dəyişsin.

Maksimum enerji qazanmaq üçün təbiətlə vəhdətlə olmalı, zehni cəhətdən onunla birləşmək və özündə kosmik enerjinin zərif toxunuşlarını hiss etmək lazım gələcək. Burada meditasiyalar və ya sadəcə rahatlamış vəziyyət kömək edəcək.

Bütün bürclər üçün tövsiyələr

Hansı zodiak işarəsinə aid olmasından asılı olmayaraq hər bir insan kosmosun gücündən kömək alacaq. Fərqlər yalnız energetika transformasiyasının dərəcəsində və düşüncələrin icrasının sürətində olacaq.

Xərçənglərin və Əqrəblərin dünyaya fərqli prizmadan baxmaq imkanı olacaq. Gecə-gündüz bərabərliyi onlara optimizmi hədiyyə edəcək və keçmişin yükündən qurtaracaq.

Balıqlar üçün məhsuldar iş vaxtı yetişəcək və eşq cəbhəsində münasibətlərdə əhəmiyyətli irəliləyişlər baş verəcək.

Qoç və Oxatanların müvəffəqiyyət dalğası sürətlə yüksəlir, alovun gücü impulsları azad edir və bütün arzular çox tezliklə reallaşacaq.

Şirlər alovla birləşəcək və düşmənlər üçün əlçatmaz olacaq. Hər şey yeni başlayır və ən böyük xoşbəxtlik qarşıdadır.

Uzun müddətli soyuqlardan sonra nəhayət ki, Qızlar və Oğlaqların ürəyi isinəcək. Qəlbinizə bahar sakitliyi qonaq gələcək, problemlər isə soyuqla birlikdə yox olacaq.

Buğa bürcləri daxili harmoniyaya qovuşacaq, suallara cavab tapacaq və tədricən öz maliyyə durumlarını artıra biləcəklər.

Əkizlər və Dolçalar üçün yenidən düşünmə mərhələsi yetişəcək. Bütün problemlərə aydınlıq gələcək və başqa heç bir uğursuzluq onların xoşbəxtliyinə mane olmayacaq.

Tərəzi üçün gecə-gündüz bərabərliyi əsasən mənəvi təmizlənmədir. Özünüzə şüuraltı baxaraq, müvəffəqiyyətə mane olan maneələri aradan qaldıra bilərsiniz. Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.