Maraqlı

"Bu, məndə 15 yaşımda baş verib və mənim uşağım olmayacaq"

16 Mart 2019 19:53
0 Şərh     Baxış: 4 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki il bundan əvvəl onun menstruasiyası kəsiləndə Annabelle bu hadisəyə elə bir ciddi əhəmiyyət vermədi.

Lakin bundan sonra bədəndə istilik hiss edilməsi və qızartıların əmələ gəlməsi halları başladı.

Bu cür hallar getdikcə daha ağır keçirdi.

"Sinifdə, dərs zamanı hiss etməyə başladım ki, üzüm qıpqırmızı qızarır", - 15 yaşlı qız xatırlayır.

"Müəllimim dedi ki, qızarmalarımın səbəbi menopauza ilə əlaqəlidir və o anda mən sanki yuxudan ayıldım".

Annabelle keçirdiyi hal barədə daha çox məlumat almaq üçün internetə müraciət edib.

Bir müddətdən sonra ona erkən menopauza diaqnozu qoyulub.

Anabelle says her mother was probably hit the hardest by the newsAnabelle deyir ki, onun diaqnozu anasına daha ağır təsir edib

"Həmin anda ağlamaq istəyirdim", - Annabelle BBC-yə müsahibəsində deyib.

O deyir ki, keçirdiyi hislərini yazıları və təsviri yaradıcılıq vasitələrilə bölüşüb.

Annabelle özünün nəsilartırma qabiliyyətinin aqibəti məsələsinə də toxunub.

"Düşünürəm ki, yaşa dolduqca bu cür hal mənə daha ağır təsir edəcək", - o deyir.

Annabelle-nin sözlərinə görə, onun heç vaxt hamilə ola bilməyəcəyi və ailəsinin olmaması ehtimalı ilə barışmaq anası üçün daha ağır olub.

Presentational grey line

Menopausa nədir?

  • Menopauza qadının həyatında menstruasiyaların kəsilməsi mərhələsinə deyilir.
  • Tam kəsilməkdən əvvəl qadında menstruasiyaların sikli uzanır, bu proses aylarla və illərlə çəkə bilər.
  • Bu proses digər simptomlarla da müşayiət oluna bilər, misal üçün, istilik hissi və qızarmalarla, diqqətin yayınması, başağrısı ilə, həyəcan hissi, cinsi əlaqəyə girmək həvəsinin zəifləməsilə, yuxunun pozulması ilə.
  • Menopauza adətən 45-55 yaşlı qadınlarda baş verir.
  • Erkən menopuzaya məruz qalan qadınlarda sümüklər nazilir, sümük sınıqları daha çox olur, estrogen hormonunun itkisi menopauzada olan qadının ürəktutma və insulta məruz qalması ehtimalı daha yüksəskdir.

Mənbə: Britaniya Səhiyyə Sistemi

Presentational grey line

Yeniyetməlik çağını yaşayan Anabelle öz diaqnozu barədə xəbəri həmyaşıdı olan dostları ilə bölüşmək istəmir.

Onun dostlarının çoxu üçün bu məsələ akktual deyil və Annabelle düşünmür ki, dostları onu anlayacaq.

"Onları öz problemlərimlə yükləmək istəmirəm", - o deyir.

Statistikaya görə, orta hesabla, yaşı 20-dən aşağı olan hər 10000 qadından yalnız birində erkən menopauza aşkar edilir.

Annabelle öz hisslərini təsviri yaradıcılıq vasitəsilə paylaşmağa çalışıb.Annabelle öz hislərini təsviri yaradıcılıq vasitəsilə paylaşmağa çalışıb.

Bütün menopauza hallarının 90 faizi kortəbii və səbəbsiz baş verir, odur ki, həkimlər bu halın yaranmasının səbəbini və izahını verə bilmirlər.

Annabelle-nin yumurtalıqlarında yumurtaların əmələ gəlməsi prosesi dayanıb, estrogen hormonun səviyyəsi isə azalmaqdadır.

Estrogen qadın hormonudur və onlarda enli omba və süd vəzi kimi "qadın" xüsusiyyətlərinin əmələ gəlməsinə təsir göstərir.

Menopauza simptomlarını yumşaltmaq üçün həkimlər Annabelle-yə hormon terapiyası kursu yazıblar.

Bu kurs gündəlik olaraq həb qəbul edilməsini nəzərdə tutur.

"Həb qəbul etməyəndə qızarmalar yenidən başlayır", - o deyir.

Annabelle deyir ki, "ondan da pis vəziyytdə olanlar da var"Annabelle deyir ki, "ondan da pis vəziyytdə olanlar var"

Annabelle normal həyat yaşamaq niyyətindədir.

"Mən buna görə özüm üçün matəm qurmaq istəmirəm. Ola bilsin ki, mənimlə eyni yaşda olan başqa birinə məndən də ağır diaqnoz qoyulsun, onun daha ciddi xəstəliyi olsun, - Annabelle BBC-yə deyib. - Çalışıram özümə anladım ki, hələ bu yaxşıdır, bundan da pisi ola bilərdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.