Maraqlı

12 iti yeyən timsahı həbs etdilər - VİDEO

16 Mart 2019 16:05
0 Şərh     Baxış: 903

Avstraliyada bir yimsahı təhlükəli cinayətkar kimi ələ keçiriblər. Ciddi məsələ idi, indiyə qədər 12 iti yemişdi.

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, həmin timsah Baterst adasının sakinlərini qorxu içində saxlayırmış. Sürünən 12 iti yeməkdən başqa, bir balıqçıya hücum etmişdi. Adamlar onun qorxusundan su hövzəsində çimməkdən qorxurmuş. Xüsusilə uşaqların sevimli əyləncəsinə mane olurmuş. Polis timsahı tutmağı bacarıb. Onu xüsusi qapalı fermaya yerləşdiriblər.

Fermada timsahın azadlığı məhdudlaşdırılacaq. Amma onu öldürməyəcəklər. Timsah 120 hektar ərazisi olan fermada başqa sürünənlərlə birlikdə yaşayacaq. Onun daha 50 il ömür sürəcəyi gözlənilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

12 iti yeyən timsahı həbs etdilər

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.