Maraqlı

Ahmet Kural narkotik istifadə etdiyini açıqladı

16 Mart 2019 14:27
0 Şərh     Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Sılanı döydüyü iddia edilən aktyor Ahmet Kuralın narkotik maddə istifadə etdiyi və 10 ay həbs cəzası verildiyi, amma sərbəst qaldığı haqda xəbər yayılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Kural bu haqda açıqlama verib. Xəbərlərin doğru olduğunu deyən aktyor "Hər kəsin keçmişdə xətaları var" sözlərini deyib.

Kural daha sonra bunla bağlı suallara "Hər insan kimi mənim də keçmişdə etdiyim nələrsə olub. İstər maraq, istərsə də kiməsə oxşamağa çalışmaq deyin. 10 il əvvəl - 2009-cu ildə istənməyən belə bir hal yaşadım. Məhkəmə prosesi 2014-cü ildə bağlanmışdı. İndi yeni bir məhkəmə prosesi yaşayıram" cavabını verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.