Maraqlı

Alzeymerdən qorunmağın üsulunu açıqlandı

16 Mart 2019 22:12
0 Şərh     Baxış: 973

Dərin və bərk yuxu insan beynini Alzeymer xəstəliyindən qoruyur. FaktXeber.com-un verdiyi məlumata görə, amerikalı alimlər bu barədə araşdırmanın nəticələrini Roçester Universitetinin saytında dərc ediblər.

Onun mərkəzi sinir sistemini zərərli maddələrdən təmizləməsi çoxdan məlumdur. Amerikadan olan mütəxəssislər də bunu sübut edib. Onlar bildiriblər ki, insan yatanda beyin demensiyanın inkişafının əsas səbəblərindən olan toksik zülaldan "təmizlənir".

Alimlər vurğulayıblar ki, qlimfatik sistemin fəallığı orqanizmi zərərli tullantılardan təmizləyir, bu səbəbdən adətən yuxusuzluqla bağlı yaranan problemlər Alzeymer xəstəliyinin inkişafına səbəb ola bilər.

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, belə vaxtlar sistem onurğa beyin maddəsinin hərəkətini təmin edə bilmir, bu isə baş beyində təhlükəli elementlərin  toplanmasına gətirir.

Alimlər araşdırmanın nəticəsi olaraq sübut etdilər iki, insanın qlimfatik sistemi o dərin yuxuda olarkən daha yaxşı işləyir.

Alzeymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə qarşımıza çıxır. Xəstəlik ilk dəfə 1907-ci ildə Alois Altsheymer tərəfindən xəstə Auguste D. adlı bir qadında müəyyən edilmişdir. Onu da qeyd edə bilərik ki, xəstəlik kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. Xəstəliyə tutulanların sayı günü-gündən belə demək mümkündürsə, logorifmik olaraq artmaqdadır. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, 85 yaşdan yuxarı insanların təxminən 50%-i bu xəstəlikdən əziyyət çəkir.

Alzeymer xəstəliyinin ilkin mərhələsində insanlarda yaddaş pozğunluğu müşahidə edilə və danışarkən düzgün kəlmə tapmaqda da çətinlik çəkə bilərlər. Xəstəlik irəlilədikcə isə onlar;

- Çaşa bilər və tez-tez insanların adlarını, yerləri, yaşayış yerlərini və son zamanlar baş vermiş hadisələri unuda bilərlər,

- Ya özünə inamın itməsinə ya da ünsiyyət problemlərinə görə daha çox özlərinə qapana bilərlər,

- Gündəlik fəaliyyətləri yerinə yetirməkdə çətinlik çəkirlər.

Alzeymer xəstəliyi irəlilədikcə xəstələrin onların qayğısına qalan insanların dəstəyinə daha çox ehtiyacları olur. Ən sonda isə adi hərəkətləri belə barcara bilməmə mərhələsinə çatırlar.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.