Maraqlı

Dönər, fast-food, kartof-free yeyənlərdə hansı hallar baş verir?

16 Mart 2019 19:35
0 Şərh     Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Mançester universitetinin alimləri belə bir nəticəyə gəliblər ki, tez bazar küçədə və ofisdə fast food yeyən insanlarda depressiyaya düşmə, özünə qapanma riski 40% artır.

11 elmi araşdırmanın nəticəsi olaraq bu qənaətə gəlinib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bütün elmi araşdırmalarda 16-72 yaş arası 100 min könüllü insan iştirak edib.

Onlar qida rasionları barədə sorğunu məlumatlandırıblar. Daha sonra onların psixi problemləri, depressiv simptomlara meyilliyi təyin edilib.

Hər iştirakçıya xüsusi dietik iltihabi indeks təyin olunub: bununla onların qida rasionunda nə qədər zərərli qida təşkil edildiyi aşkarlanıb.

Nəticədə məlum olub ki, fast-food, küçə yeməyi, zərərli qida, çips, kartof free xoşlayanlar və həftə ərzində bu qidaları 2-3 dəfə və çox qəbul edənlərdə depressiya, psixoz, nevroz, özünəqapanma halları daha çox rast gəlinir.

Azərbaycanda isə fast-food qidalarına dönər və hamburgerlər daxildir.

Bu qidaları yeyənlərin bağırsaqlarında və digər orqanlarda iltihab payı da çox olmuşdur. İltihabi proseslər isə immuniteti çökdürü və sonda xərçəngə səbəb ola bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.