Maraqlı

Duz nə zaman zərərlidir?

16 Mart 2019 21:25
0 Şərh     Baxış: 897

Kaliforniya Tibb Universitetinin həkimi Kristian Bibbnies yeni bir araşdırma apararaq belə nəticəyə gəmişdir ki,yeməklərimizin ayrilmaz tərkib hissəsi olan duz insan həyatı üçün təhlükəlidir.

Milli.Az foodinfo.az-a istinadən bildirir ki, hər insan gün ərzində 9-12 qram duz istehlak edir və nəzərə alsaq ki,duzun bir qramında 0,4 qram natrium var bu da gün ərzində 2,000-2,400 milliqram natrium deməkdir.
Duzun insan orqanizmindəki yaratdığı ən böyük fəsadlar isə qan təzyiqi və ürək xəstəlikləridir.

Tədqiqatçıların araşdırmalarına görə hər gün 3 qram duz azaltmaqla (təxminən 1,200 mqr natrium) 6% ürəkxəstəliyini, 8% infarktın və 3% isə ölümün qarşısını almaq olar.

"Digər sözlə desək hər gün 3 qram az duz istehlak etməklə biz ömrümüzü uzada bilərik" - bu sözləri Kristian Bibbnies mətbuat konfransında deyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.