Maraqlı

Faydalı olduğunu zənn etdiyimiz zərərli qidalar

16 Mart 2019 19:25
0 Şərh     Baxış: 872

Faydalı olduğunu zənn etdiyimiz pəhriz yeməyi normal qidalarla müqayisədə daha kalorili ola bilər. Əksəriyyətimiz dəbdə olan dietaları və dieta məhsullarını sınamağı çox sevirik. Çəki itirməyimizi asanlaşdıran qidalardan başlayaraq nəyin faydalı olub olmadığı haqqında tərəddüddə olduğumuz çoxlu sayda qida seçimimiz var. Hal-hazırda marketlərdə yüzlərlə "vitaminli", "lifli" və s. qidalar tapa bilərik. Bəs bunlar çəki itirməkdə necə köməklik göstərir.

Milli.Az foodinfo.az-a istinadən bildirir ki, əgər "İçindəkilər" siyahısı bir iki maddəni keçirsə, onda məsləhətimiz onlardan əl çəkməyiniz istiqamətindədir. Tərkibi geniş olan qida və içkilər adətən bəsit şəkər tərkiblidirlər. Əgər bir içki kalorisi az olduğu halda şəkərlidirsə, onda bu, o deməkdir ki, həmin içkiyə bel bölgəniz üçün heç də yaxşı olmayan süni "dadlandırıcılar" daxildir. Araşdırmalar göstərir ki, "dadlandırıcılar" metabolizmi yavaşladır. Çalışın ki, su, kofe, çay kimi təbii içkilərə üstünlük verəsiniz. Kalorisinin az olduğunu düşünərək evdə hazırladığınız və ya aldığınız smoothie-lər bir cheeseburger-dən daha kalorili ola bilər.

Tərkibindəki meyvə və tərəvəz miqdarı, bəzən də tərkibinə qatılan şəkər nəzərə alınarsa, bir smoothie 650-1000 kalori ola bilər. Ara qidalar üçün özünüzlə götürdüyünüz çərəzlərin də yüksək kalorili olduğunu nəzərə almalısınız. Donmuş yoqurtlar dondurmalardan daha az kalorili imiş kimi görünür. Doymuş yağ baxımından elə olsa da, şəkər baxımından bir-birlərinə yaxındırlar. Quru meyvələr. Sandığınız kimi quru meyvələr heç də məsum deyillər. Sadəcə iki ovuc quru meyvə ilə də 600 kalori almaq mümkündür.

Bütün bunlar əvəzinə məsləhətdir ki, bolluca təbii meyvə ilə qidalanıb, gün ərzində içdiyiniz su miqdarını artırasınız.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.