Maraqlı

Zərərli qida məhsulları haqqında – 10 fakt

16 Mart 2019 22:05
0 Şərh     Baxış: 1 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər siz arıqlamaq istəyirsinizsə, ciddi pəhriz saxlamaq və saatlarla idman zalında tər tökməyə ehtiyac yoxdur. Sadəcə qida rasionundan zərərli ərzaq məhsullarını çıxarmaq kifayət edər.

Zərərli qida məhsullarının siyahısını təqdim edirik.

Çips

Milli.Az ölkə.az-a istinadən bildirir ki, kartof elə də faydalı qida sayılmır. Çünki tərkibində sadəcə nişasta var. Çips isə qətiyyən faydalı və təbii deyil. Müəyyən kanserogenlər, aromatizatorlar, dad gücləndiricilər və təbii ki yağ. Çipsdən müntəzəm istifadə etmək onkoloji xəstəliklərə və çəki probleminə səbəb ola bilər. Eyni məsələ kartof-friyə də aiddir.

Qazlı içkilər

Rəngli qazlı sular çox ziyanlıdır. Hiyləgər marketinq gedişatına əsasən fast-fudun üstündən əsasən qazlı su içmək lazımdır. Əslində isə qazlı su aclıq hissini artırır və müştəri yenə də hamburqer yemək istəyir. Kolanın da tərkibində şəkər əvəzedici var və bu maddə orqanizm üçün ziyanlıdır.

Fast-fud

Ucuz qiymət və tez hazırlanmasından başqa fast-fudun heç bir üstünlüyü yoxdur. Əslində aclığı dəf etmək üçün tərəvəz, pendir və vetçinadan asanlıqla buterbrod hazırlamaq mümkündür.

Mayonez

Söhbət dükanda satılan mayonezdən gedir. Əgər mayonezdən istifadə etməsəniz arıqladığınızı hiss edəcəksiniz. Siyahıya tərkibində dad gücləndirici, aromatizator, yağ olan ketçup və digər sousları da əlavə etmək olar. Bu qidaların tərkibində heç bir təbii komponent yoxdur. Mayonezdənsə, yağsız xamadan istifadə edin. Həm dadlı, həm də faydalıdır.

Duz və şəkər

Duz və şəkər bəzən ağ ölüm də adlandırılır. Duz orqanizmdən suyun çıxmasına əngəl olur və lazım olmayan yerlərdə yığılıb qalır. Şəkər isə kökəlmə məsələsində bir nömrəli düşməndir. Amma bu qidalardan birdəfəlik imtina etmək mümkün deyil. Sadəcə qidaya çox duz səpməyin, şəkəri isə bal ilə əvəz edin.

Spirtli içkilər

Spirtli içkilərin zərərini hamı bilir. Əgər həftədə bir dəfə müntəzəm olaraq spirtli içki qəbul edirsinizsə, bu ziyandır və alkoqolizm xəstəliyinə çevrilə bilər. İçkini tərgitmək üçün ilk əvvəl ucuz içkilərdən imtina edin və spirtli içki qəbul etməyən dostlarla daha çox vaxt keçirin.

Kolbasa və hisə verilmiş qidalar

Sosislərin nə vaxt və nəydən hazırlandığını anlamaq çox çətindir. Hisə verilmiş və duzlanmış ət ərzaqı uzun müddət saxlamaq üçün nəzərdə tutulub. Təbii ki, zaman keçdikcə belə ərzaq faydasını itirir.

Qızartma

Qızartma zamanı marqarin və günəbaxan yağından istifadə etmək kanserogenlərin yaranmasına və qidanın bütün faydalı xüsusiyyətinin məhvinə səbəb olur. Bundan başqa qızarılma zamanı qidanın tərkibindəki maye yağla əvəz olunur və bu da yeməyin kalori miqdarını artırır.

Şirniyyat

Şüşə konfet, marmelad və çeynənən konfetlər ən ziyanlı şirniyyat hesab edilir. Əslində adları sadalanan şirniyyat növləri hətta bir dilim tortdan da ziyanlıdır. Çünki bu şirniyyatların tərkibində süni rənglər və aromatizatorlar var. Şirniyyat istəyirsiniz? Bal, acı şokolad və quru meyvə yeyin.

Ağ çörək

Təzə və qaynar çörək, bulka çox dadlı olsa da, onların tərkibində faydalı heç bir maddə yoxdur. Çünki çörək və bulka bişirmək üçün istifadə edilən unun tərkibi qidalandırıcı zellülozdan təmizlənir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.