Maraqlı

Canlı yayımda Ərdoğana təəccübləndirən sual: "Yumurta bişirə bilirsiniz?" - VİDEO

15 Mart 2019 13:09
1 Şərh     Baxış: 1 720

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Habertürk TV-nin canlı yayımında müxbirlərin suallarını cavablandırıb.

Milli.Az haberler-ə istinadla bildirir ki, Veyis Ateş və Ece Ünerin sullarına cavab verən prezident özəl sualları da cavabsız qoymayıb.

Ölkə başçısı Veyis Ateşin "Günlük həyatda özünüzə vaxt ayıra, iki yumurta sındırıb, yemək bişirə bilirsiniz?" sualına "Ucuza qaçırsan, 2 yumurta sındırmaq nə deməkdi, bəzən 3 yumurta da lazım olur, bəzən qovurma, bəzən basdırma..." deyə, cavab verib.

Ərdoğanın jurnalistin "özünüz bişirirsiniz?" sualına "daha o qədər də yox" cavabı müxbirləri güldürüb.

"Evdəki dostlarımız hazırlayır", - prezident əlavə edib.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Canlı yayımda Ərdoğana təəccübləndirən sual:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Fizuli Şirvanlı · 15 Mart 13:2620

    biz yorulduq sən yox amma.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.