Maraqlı

Məşhur aktrisa İnstagram-da tənqid olundu - O, evdən qovula bilər - FOTO

15 Mart 2019 14:33
0 Şərh     Baxış: 1 656

Amerikalı supermodel və aktrisa Emili Ratakovski yaxın rəfiqəsi Keytlin Kinqlə çimərlikdə çəkdirdiyi fotosunu İnstagram-dakı profilində paylaşıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 27 yaşlı model rəfiqəsi ilə qumsallıqda uzanmışdılar.

"Bütün paxıllar sərsəmdir. Sadəcə, bir tip fiquru internetdə görübsən deyə, yeganə gözəl tip saymaq olmaz", - model yazıb.

Qara-ağ foto sərt tənqidlərə məruz qalıb.

Fəqət, təqibçilər hesab ediblər ki, Ratakovski qəsdən belə foto paylaşaraq kök rəfiqəsinin yanında nərmənazik görünməyə çalışıb.

Ratakovski iddialara cavab verərək yazıb ki, onun "İnamorata" brendinin çimərlik geyimini geyinmiş rəfiqəsini gözəl sayır: "Kök qızlar da arıq qızlar təki cazibədardır".

Bu arada bəlli olub ki, Emili Ratakovski əri Sebastyan Bir-Makklardın əyyaşlığı və dava-dalaşlarına görə evdən məhrum ola bilər.

Prodüser Bir-Makklard Şimali Hollivuddakı villanı hələ Ratakovski ilə 2015-ci ildə tanış olanadək icarəyə götürmüşdü.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.