Maraqlı

Tatlısəsdən təsirli paylaşım: "8 il əvvəl yenidən doğuldum"

15 Mart 2019 09:10
0 Şərh     Baxış: 1 662

İbrahim Tatlısəs İnstaqram hesabında qızı Elif Ada ilə şəklini paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, 8 il əvvəl Şişlidə silahlı şəxslərin hücumuna məruz qalmış və başından yaralanmışdı.

Ağır xəsarət alan Tatlısəs həmin gündən bəri öz doğum gününü 4 martda qeyd edir.

Sənətçi şəklinin başlıq hissəsinə də bu barədə fikirlərini yazıb:

"8 il əvvəl yenidən doğuldum. Allah bir can daha bağışladı, məni sizə qovuşdurdu. Şükürlər olsun. Yaxşı ki, doğulmuşam, amma sizlər də yaxşı ki, varsınız. Sevginiz və dualarınız mənə güc verir, həmişə var olun".

Xatırladaq ki, müğənninin doğum günü 1 yanvardır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.