Maraqlı

Evli cütlüklər eyni otaqda yatmamalıdır, çünki... - Alimlərdən ŞOKA DÜŞƏCƏYİNİZ RƏY

14 Mart 2019 23:54
14 Şərh     Baxış: 18 341

Birgə yatmaq cütlüklərin ən təbii vərdişi sayılır. Lakin tarixə nəzər salsaq, görərik ki, qədimdə belə bir adət olmayıb. Hələ Viktorian dövründə ailəli cütlüklər ayrıca yataq otaqlarında yatıblar. Bu hal kəndlilərin evində də eynilə təkrarlanıb. Asiyada isə hələ də otaqlar kişi və qadın hissəsi olmaqla iki yerə bölünür.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, qədim Romada evin lojası eşq oyunları üçün nəzərdə tutulmuşdu. Buna baxmayaraq, ər və arvad müxtəlif otaqlarda yatırdılar.

Hazırda isə evlərin ölçülərinin kiçik olması iki yataq otağı qurmağa mane olur. Bundan əlavə, cütlüyün fərqli otaqlarda yatması doğru hal sayılmır.

2009-cu ildə təşkil olunmuş elmi forumda professor Nil Stenli bildirmişdi ki, ailəli cütlüklrin bir yataqda yatması sivilizasiya üçün təhlükədir. İnsanların bir yataqda yatması üçün cinsi əlaqədən başqa səbəb olmamalıdır. Bundan başqa birgə çarpayıda yatmaq arzuolunmaz patologiyadır. Stenli özü də etiraf etmişdi ki, uzun müddətdir xanımı ilə fərqli otaqlarda yatır. Alimin fikrincə, yuxu eqoistik mşğuliyyətdir və onu kimsəylə bölüşmək olmaz. Sevdiyiniz insanın qayğısına qalmaq üçün onu xorultunuzdan və yuxuda atdığınız təpiklərdən xilas edin.

"Yataqda iki nəfər" kitabının müəllifi Pol Rozenblata görə isə, bir yataqda yatan cütlüklərin əsas məşğuliyyəti gün ərzində duyduqları gərginliyi bir-birinə ötürmək, mübahisə etməkdir. Kimsə adyalı öz üzərinə çəkir, qarşı tərəfin mobil telefonunun səsi mane olur. Odur ki, cütlüklər ayrıca otaqlarda yatmağa adət etməlidirlər. Mütəxəssislərin araşdırmasından sonra bəlli olub ki, qarşı tərəfin törətdiyi narahatlıq insanın yuxu zamanının minimum 1 saatını alır. Bu isə gümrah gün keçirmək naminə yolverilməzdir.

Milli.Az

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 Mart 00:06128

    Alimlerin dyesen basi xarab olub Men inanmiram ki, hansisa evli cütlük bir yerde taxtda yatmir bele var yaniiii??? Üzr isteyirem 1000000 defe ..Amma ola bilmez bele hal inanmiram ... buradaki evli cutluklerde bir otaqda yataq otaqinda yoldasi ile yatirda )))Ayri yatan evlenmesin de daha niye evlenir aile qurur ki,,,

    Cavab yaz
    • Anonim
      baba yaga · 15 Mart 12:4621

      yene dedin sozuvu

      Cavab yaz
    • Anonim
      hhh · 15 Mart 16:2900

      var. taniyiram. bir birini sevmeyen cutlukler

      Cavab yaz
  • Anonim
    Ana · 15 Mart 00:1562

    Arada tək yatanda sevinirəm

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 15 Mart 08:3495

      Niyəəə??? Men qorxuram tek yatanda coxx qorxuram

      Cavab yaz
  • Anonim
    QQ · 15 Mart 00:48110

    Düzəldi hər yaragı ,qaldı saqqal daragı. Bu bəlkə də heç bir qaygısı olmayan Avropa adamı üçün dogru qərardır.

    Cavab yaz
  • Anonim
    Şafa · 15 Mart 08:10113

    Eynən məndə alimlər kimi düşünürəm çox düzgün fikirdi.

    Cavab yaz
  • Anonim
    . · 15 Mart 08:1590

    Qocalanda ayrı yatarlar☺

    Cavab yaz
  • Anonim
    555 · 15 Mart 08:4167

    Mən üzür istəyirəm böyüklərdən kiciklərdən 2 övladım olana qədər bir taxda yatdıq sonra yerini uşaqlar tutdu o gündən ayrı yatırıq artıq oğlumun 29 qızımın 25 yaşı var desəm 2 aylıq nəvəm də var mənə elə gəlir alimlər düz deyir əsəblərini qorumaq ücün ən yaxşısı ayrı yatmaq dır 2 uşaq olandan sonra

    Cavab yaz
  • Anonim
    Niika · 15 Mart 09:22111

    ag eleyibler ee.yoldawindan ayri yatdinsa daha ne aile oldu.ailede soyuqluq olarki

    Cavab yaz
  • Anonim
    RF · 15 Mart 09:2531

    Tamamile raziyam

    Cavab yaz
  • Anonim
    H.S · 15 Mart 10:2931

    Düz fikirdi və elmi əsası var.Yuxu beyinin sakitliyi və növbəti günə daha gümrah oyanmaq üçündür.

    Cavab yaz
  • Anonim
    Yusif · 15 Mart 12:2050

    Ən böyük xoşbəxtlik ailədə sevginin, səmimiyyətin, mehribançılığın olmasıdır. Qadının həmişə istədiyi kişinin onunla maraqlanması, ona daha yaxın olmasıdır. Ailədə kişi ilə qadın arasında heç bir məsafə, soyuqluq olmamalıdır. Əgər hərə öz otağında çəkilib ayrı qalırsa orda heç bir ailə dəyərindən söhbət gedə bilməz. Onlar yalnız el gözünə ailə sayılar.

    Cavab yaz
  • Anonim
    m · 15 Mart 13:3033

    Yaşlı insanlardan eşitmişəm bu sözü; Kişi nəfəsi qadıbnı tez qocaldır.Qədimdə bu səbəbdən xan bəy arvadları ayrı ayrı otaqlarda yatardı.Ancaq yazıq kasıbın bir koması vardı bütün ailə bir yerdə yatardı.Balaca komada da qadın kişidən bir az uzaqda yatarmış.Mən bu söhbəti çox yaşlı insanlardan eşitmişəm.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.