Maraqlı

Yaponiyada yeni İmperatorun hakimiyyət dövrünə ad verilir

14 Mart 2019 21:44
0 Şərh     Baxış: 339

Yaponiyada yeni İmperatorun mayın 1-də başlanacaq hakimiyyət dövrünün adlandırılması ilə bağlı hazırlıq işləri davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin nazirləri və özəl biznes assosiasiyaları rəhbərlərinin iştirakı ilə martın 14-də keçirilən toplantı zamanı məlumat verilib.

Qeyd edilir ki, Yaponiyada tarixin hesablanması həm ümumilikdə qəbul edilmiş təqvim, həm də İmperatorun hakimiyyət illəri üzrə aparılır. Ona görə də hazırda Yaponiya, həm 2019-cu il, həm də İmperator Akihitonun hakimiyyətinin adını daşıyan Heysey dövrünün 31-ci ilini yaşayır. İmperator Akihitonun şəxsi arzusu ilə o, aprelin 30-da taxtı tərk edəcək, onun yerinə isə vəliəhd-şahzadə Naruhito taxta çıxacaq.

Yeni İmperatorun hakimiyyət dövrünün adı hökumətin, tanınmış filoloqların və hüquqşünasların, tarix mütəxəssislərinin daxil olduğu xüsusi dövlət komissiyası tərəfindən artıq müəyyən edilsə də, gizli saxlanılır.

Yeni dövrün adının aprelin 1-də elan ediləcəyi gözlənilir.

Toplantıda elan edilib ki, bütün dövlət orqanları bu əməliyyata tamamilə hazırdırlar. Onun vergi, sosial təminat, polis və digər xidmətlərdə mövcud olan 576 informasiya sistemində aparılacağı bildirilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.