Maraqlı

16 yaşlı məktəblinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb

15 Mart 2019 08:12
2 Şərh     Baxış: 1 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçin 16 yaşlı məktəblisi və ictimai fəalı - Qreta Tunbergin 2019-cı il üzrə Nobel sülh mükafatına namizədliyi verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, özünü dünya gənclər hərəkatının lideri elan edən Qreta Tunberginin bu mükafata namizədliyini isveçli və norveçli parlament üzvləri irəli sürüblər.

Q.Tunberg ətraf mühitlə bağlı problemlərə görə keçirdiyi aksiyalarla gündəmə qəlib. O, 2018-ci ilin yayında İsveçdə kəskin isti hava şəraitinə görə başlamış meşə yanğınları ilə bağlı hökumətin ətraf mühit problemlərə biganəlik göstərməkdə ittiham edib və buna etiraz olaraq məktəbə getməyəcəyini bildirib.

Bu ilin fevralında 16 yaşlı şagirdin Parisdə keçirdiyi yürüşə min nəfərdən çox insan qatılıb. Həmin yürüşdə Qreta həmişə olduğu kimi, əlində "iqlim naminə məktəb tətili" yazılmış plakatla etirazını bildirib. Q.Tunberg iqlim dəyişikliyi problemləri ilə bağlı BMT-nin Dünya Konfransında da çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.