Maraqlı

Ağıllı insanların xoşbəxt olmamalarının altında yatan 6 səbəb

14 Mart 2019 21:05
10 Şərh     Baxış: 1 453

Həyatımızda hər şey yaxşı gedərkən bir anda özümüzü yalnız, qəmgin və çarəsiz hiss edə bilərik. Ağıllı insanların günün böyük hissəsində yaşadığı bu vəziyyəti "xoşbəxt olmamaq" olaraq adlandırırıq.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, ağıllı insanların yaşadığı xoşbəxt olmama sindromunun altında yatan səbəblər bunlardır:

1) Hər şeyi həddən artıq çox analiz edirlər

Gündəlik həyatlarında ya da iş həyatlarında başlarına gələn hər situasiyada çox düşünməyə meyllidirlər. Düşünmə müddətləri bir çox insanla müqayisədə uzundur. Nəticələri onları kədərləndirsə də düşünməkdən əl çəkməzlər. Ətraf mühit problemləri ilə çox maraqlanırlar. Ətrafa laqeyd münasibət göstərmiş kimi görünsələr də, ən çox maraqlananlar onlardır.

2) Yüksək standartlara sahibdirlər

Bizplus.az bildirir ki, ağıllı insanlar nə istədiklərinin fərqindədirlər və istəklərinin reallaşmasını istəyərlər. Az ilə kifayətlənməzlər. Ehtimal varsa, daha çox istəyirlər. Dostluq münasibətləri, ailə və ya iş münasibətləri olsun daha çoxunu istəməkdə çəkinməzlər. İstəkləri onları idealist düşüncələrə çəkər. Bir ideal yaradarlar və arxasınca gedərlər. Gözləntiləri həyatın reallığı qarşısında məğlubiyyətə uğradıqca onlar üçün də xəyal qırıqlığı qaçınılmaz olar.

3) Özlərinə qarşı sərtdirlər

İdeal düşüncələri və ya həyat tərzləri olsun bunları tətbiq etməyə cəhd edərkən özlərinə qarşı çox sərt olurlar. Dərin düşüncəyə sahib insanlar, uğursuzluqları qarşısında özlərini günahkar sayarlar və həssas bir şəkildə analizinə başlayarlar.

4) Daima axtarış içindədirlər

Ağıllı insanlar daima bir axtarış içindədirlər. Əl çatmaz olan məqsədlərin arxasınca qaçmaqdan zövq alarlar. Həyatdakı kiçik şeylərin olması onlar üçün yetərsizdir, kiçik şeylərin arxasınca qaçmazlar. Öyrəndikləri reallıqlar ya da sahib olduqları məlumatlar onlar üçün yetərsizdir. Daima bir öyrənmə aclığı var.

5) Ünsiyyət problemi yaşayarlar

Qarşısındakı insan tərəfindən tam olaraq başa düşülməmək insanın əhvalını korlayan bir vəziyyətdir. Ünsiyyət insanlar arasında qarşılıqlı təsir yaradır. Ağıllı insanlar çox vaxtı bu qarşılıqlı təsirdən məhrumdurlar. Öz fikirlərini bir başqası ilə paylaşdıqları zaman üzə vurmasalar da əksikliklərini hiss edərlər.

6) Bir qisminin psixoloji problemləri var

Sosial narahatlıq və ya stres kimi bəzi problemlərlə üzləşmək məcburiyyətində qalırlar. Aparılan bir çox araşdırma İQ səviyyəsinin yüksək olmasının bəzi xəstəliklərə səbəb olduğunu ortaya çıxartmışdır. Bu vəziyyətdə ağıllı insanlar yaradıcı düşüncələrini tam şəkildə qətiləşdirə və ya parlaq fikirlərini gün işığına çıxara bilmirlər.

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    QQ · 14 Mart 21:1920

    Çox dogru analız edilmiş fikirlərdir .

    Cavab yaz
  • Anonim
    777 · 14 Mart 21:2140

    Ağilli olmaq doğrudan da yaxsi elamet deyil. Ağilli hemise ölçûr-biçir. Atalar demis: ağilli fikirlesince deli vurub çayi keçer...

    Cavab yaz
    • Anonim
      Kami · 14 Mart 21:3320

      He, aqilli hemise olcur-bicir. Cunki qurmaq, yaratmaq cetin isdir. Amma daqitmaq, ucurtmaq, mehv elemek cox asandir ki, bu da delilerin isidir. Ona gore de yeqin delilerin sayi durmadan artir, asan olduqundan.

      Cavab yaz
  • Anonim
    men osym · 14 Mart 21:3000

    men osumu coxda agilli saymiram ,amma yasilanlar menim xasilletime cox uygun kelir

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 14 Mart 21:3410

    İndi nə deyirsiniz,bu qrup insanlar özünü təsdiqləsin:)))??

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 14 Mart 21:3410

    Anladığım qədərilə,heç yaxşı şey deyil...

    Cavab yaz
  • Anonim
    Murad · 14 Mart 21:4100

    Aqilli insan hemise ozunun uzerinde isleyir, biliklerini, dunya gorusunu artirmaqa calisir. Ozunun zeifliklerini aradan qaldirmaqa, professional olmaqa calisir. Bunun neyi pisdir ki, basa dusmedim? Beyem her seyi nece geldi elemek, oz uzerinde islememek, harda qirildi-qirildi prinsipi ile yasamaq duzdur?

    Cavab yaz
  • Anonim
    Kami · 14 Mart 22:0200

    Maraqlıdır

    Cavab yaz
  • Anonim
    Esmanur♡ · 14 Mart 22:3510

    Cox analiz etmək var məndə o da insani psix edir)..bəzən düşünürəm ki heç nəyi düşünmədən ürəyə salmadan yaşamaq xoşbəxtlik olardi

    Cavab yaz
  • Anonim
    ... · 14 Mart 23:1010

    Ağıllı olub el derdi çekince,deli ol el derdini çeksin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.