Maraqlı

Broyler toyuğu və qaraciyəri almayın, yeməyin – Pediatrdan antibiotik xəbərdarlığı

14 Mart 2019 22:35
11 Şərh     Baxış: 5 276

Broyler toyuqlarının necə yetişdirilməsi, tərkibində hormonal preparatlar və antibiotiklərin olması və bütün bunların insan orqanizminə, xüsusilə uşaqlara zərəri barədə dəfələrlə xəbərdarlıq xarakterli materiallar yazılıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, pediatr həkim Vaqif Qarayev də broyler toyuğu və ayrıca satılan toyuq qaraciyərinin təhlükəli olması barədə açıqlama verib.

" Toyuğu antibiotiklərdən təmizləmək üçün bu qaydalara əməl olunmalıdır.

1.Toyuğu qaynatdıqdan sonra bulyonu mütləq atılmalıdır.
2.Toyuğun qara ciyəri və böyrəkləri də atılmalıdır və qətiyyən alınmamalıdır. Çünki antibiotik və toksinlər toyuğun ən çox dərisi, qaraciyəri və böyrəklərində toplanır.
3.Toyuğu duz və limon şirəsi əlavə edilmiş suda 2 saat saxlayıb, sonra bişirmək lazımdır".

Bu metodların az-çox zərərsizləşdirici tədbir kimi işə yarayacağını bildirilsə də, ümumiyyətlə broyler toyuğu və içalatı  almamağı məsləhət görür.

" Bu yaxınlarda Rusiyada böyük bir partiya toyuq satışda çıxarıldı. Həm aqrar sektorda istifadə olunan gübrələrdə də antibiotik var. Ona görə də bugünkü antibiotikərin artıq təsir etməməsi barədə də məlumatlar çoxalır və dünya səhiyyəsi supergüclü antibiotik axtarışındadır".
 

Satışa icazəsi olmayan, mənşəyi naməlum, xüsusən restoran və şadlıq evlərində masaya gətirilən, hardan əldə olunduğu məlum olmayan toyuqlardan  uzaq durun.

Milli.Az

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Durna · 14 Mart 22:3932

    toyugun boyreyi olurki?

    Cavab yaz
    • Anonim
      Deniz · 15 Mart 09:4500

      Mence ureyi yazmag isteyibler)))

      Cavab yaz
  • Anonim
    Leyla · 14 Mart 23:0422

    Mende birinci defedi eşidirem.toyuğun böyreyi

    Cavab yaz
    • Anonim
      ♡Esmanur♡ · 14 Mart 23:3131

      yeqin pətənək demek isteyib)

      Cavab yaz
  • Anonim
    zz · 14 Mart 23:3711

    boyreyi olan toyuq yeqin 4 ayaqlidir

    Cavab yaz
  • Anonim
    WWW · 14 Mart 23:5030

    Toyuq temizlememisiniz?İcinde xirda agimtil rengli qabirgasinin qurtaracaginda

    Cavab yaz
    • Anonim
      Deniz · 15 Mart 09:4600

      O boyreydi??

      Cavab yaz
  • Anonim
    ! · 14 Mart 23:5310

    Toyuğun böyrəyi fındıq boyda qara ciyərin yanında olur, yəqin fikir verməmisuz

    Cavab yaz
    • Anonim
      Deniz · 15 Mart 09:4600

      Aaa gormusem.ama hamsinda rast gelmemisem.

      Cavab yaz
  • Anonim
    Semimi insan · 15 Mart 00:3520

    O dediyiniz findiq boyda olan et parcasi onun dalagidir. Onu men coxdan esitmisdim ki o yeyilmir cunki toyugun butun zererli seyleri orada yigisir. Bir baytar mene demisdi. Qaldi ki hekimin sozune o potenek demek isteyib sadece boyrek deyib cunki marketlerde de satilan botenek ciyer ve urekdi.

    Cavab yaz
  • Anonim
    hakım · 15 Mart 10:2400

    man maraqlandım dedılarkı antbyotıq vurulur usdundan 5 gun kecır sora kaslıb satlır kaslan vaxt antbıyotıq sorulub gedır

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.