Maraqlı

Türkiyəli məşhurlar onun üçün sərvət xərcləyəcəklər - FOTO

15 Mart 2019 07:32
1 Şərh     Baxış: 1 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur fotoqrafı Ara Gülərin 55 əsərindən ibarət kitab nəşr edilib.

Milli.Az xəbər verir ki, sadəcə 1 nüsxə nəşr edilən kitab 17 mart tarixində hərraca çıxarılacaq.

İstanbulda çəkilən fotolardan ibarət kitabı almaq üçün kolleksionerlərlə yanaşı, bir çox məşhur şəxslər də hərraca qatılacaq.

100 səhifədən ibarət kitaba sahib olmaq istəyənlər arasında məşhur aktyor Engin Altan Düzyatan və müğənni Tarkan da var. Bundan başqa, hərraca çox sayda məşhur şəxsin qatılacağı gözlənilir.

Məlumat üçün qeyd edək ki, kitabın çəkisi 65 kiloqramdır. Kitabda müəllifin xüsusi qeydi də var.

Xatırladaq ki, Ara Gülər ötən ilin oktyabr ayında vəfat edib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.