Maraqlı

Çin məhkəmələrində süni intellekt olacaq

16 Mart 2019 07:11
0 Şərh     Baxış: 432

Çin məhkəmələrində məhkəmə qərarlarının icrası zamanı xidmətlərin yaxşılaşması və "ağıllı" məhkəmələrin inkişaf etdirilməsinə kömək məqsədilə süni intellekt texnologiyalarından istifadə ediləcək. Bu haqda Çin Ali Xalq Məhkəməsindən məlumat verilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Çin Ali Xalq Məhkəməsinin informasiya mərkəzinin direktorunun sözlərinə görə, ölkədə xalq məhkəmələri ərizələrin elektron təqdim edilməsi üçün mobil proqramlardan istifadə edəcək, mobil elektron məhkəmə proseslərini təşviq edəcək, həmçinin "ağıllı" proqramlara məhkəmə proseslərinin bütün aspektlərini əhatə etməyə imkan verən mobil mikro məhkəmələr yaradacaqlar.
 
"Ağıllı" məhkəmələrin yaradılmasına gəlincə, xalq məhkəmələri məhkəmə qərarlarının dəqiq icrasına, istintaq altında olan insanların holoqramlarının yaradılmasına, həmçinin sosial kredit sistemi ilə əlaqə qurulmasına önəm verəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.