Maraqlı

Daxili barmaq izi skanerinə malik bank kartı hazırlanıb - VİDEO

16 Mart 2019 07:21
0 Şərh     Baxış: 292

Rəqəmli təhlükəsizlik sahəsində fəaliyyət göstərən Hollandiyanın "Gemalto" şirkəti daxili barmaq izi skanerinin köməyi ilə ödəniş etməyə imkan verəcək debet kartı hazırlayır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, bu futuristik ödəniş texnologiyası növbəti ay real şəraitdə sınaqdan keçiriləcək: Britaniyanın "Natwest" bankının öz müştəriləri üçün çıxardığı 200 sınaq kartının köməyilə PIN kod daxil etmədən təmassız NFC ödənişləri həyata keçirmək mümkün olacaq.
 
"Gemalto" şirkətinin nümayəndələri iddia edirlər ki, barmaq izi ilə bağlı  məlumatlar yalnız kartda saxlanılır: deməli, hakerlər həmin informasiyanı konkret bankın məlumat bazasından oğurlamaq imkanına malik olmayacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Daxili barmaq izi skanerinə malik bank kartı hazırlanıb

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.