Maraqlı

5G üçün təyyarə sınanacaq

16 Mart 2019 07:41
0 Şərh     Baxış: 406

Yaponiyanın "SoftBank" texnologiya nəhəngi tərəfindən NASA və ABŞ-ın "AeroVironment" aerokosmik şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanmış və günəş enerjisi ilə işləyən böyükölçülü pilotsuz təyyarə dünyanın istənilən nöqtəsini "5G" rabitəsi ilə təmin edə bilər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Hawk 30" - 10 elektrik mühərriki ilə təchiz edilmiş və 20 km-dən çox hündürlükdə uça bilən pilotsuz uçan aparatdır. Pilotsuz təyyarənin qanadları əyilmiş konstruksiyaya malik olacaq.
 
Noyabrda NASA ilə imzalanmış kosmik akt haqqında razılaşmaya uyğun olaraq, sınaq pilotsuz təyyarəsi ilk dəfə bu həftə Kaliforniyada Uçuş Tədqiqat Mərkəzində havaya qalxa bilər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.