Maraqlı

Android-dəki antivirusların çoxu effektiv deyil

16 Mart 2019 08:11
0 Şərh     Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google Play Store" mağazasında təklif edilən "Android" sistemi üçün antivirus həllərinin əksəriyyəti tamamilə effektsizdir, bəziləri isə mobil qurğunun zərərli proqram təminatı tərəfindən yoluxmasına imkan yarada bilər. Mobil antivirusların effektivliyi ilə bağlı genişmiqyaslı araşdırma aparmış Avstriyanın "AV-Comparatives" laboratoriyasının əməkdaşları bu qənaətə gəliblər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislər "Android" sistemi üçün 250 antivirus həllini sınaqdan keçiriblər. Məlum olub ki, yalnız 80 proqram zərərli proqram təminatına qarşı dayanıqlı olub.
 
"AV-Comparatives" laboratoriyasının mütəxəssisləri bildiriblər ki, "Android" üçün antivirusların əksəriyyəti saxtadır və bir çoxu yalnız reklam göstərmək üçün işləyir.
 
"Belə proqramların əsas məqsədi istifadəçilərin təhlükəsizliyini təmin etmək deyil, tərtibatçıya gəlir qazandırmaqdır" - mütəxəssislər izah ediblər.
 
250 təhlil edilmiş antivirusdan yalnız 23 proqram ("Avast", "AVG", "ESET", "Sophos" və sairə) bütün zərərverici proqramları aşkar edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.