Maraqlı

İlk hermetik lunoxod təqdim edilib

16 Mart 2019 08:31
0 Şərh     Baxış: 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Toyota" şirkəti günəş enerjisi ilə işləyən ilk avtonom və hermetik lunoxodunu təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, avtomobil şirkəti astronavtları ayın səthində skafandr geyinmək zərurəti olmadan daşıyan nəqliyyat vasitəsi hazırlamaq üçün Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) ilə bir araya gəlib. Hermetik kabinə lunoxoda astronavtları peykin səthində hətta təzyiq və qravitasiya şəraitində uzaq məsafəyə daşımağa imkan verəcək. Günəş enerjisi və yanacaq elementləri ilə işləyən konseptual avtomobil 2 astronavt üçün nəzərdə tutulub, amma fövqəladə vəziyyətdə 4 nəfər daşıya bilər.
 
Yaponiya Kosmik Agentliyi 2029-cu ildə yeni lunoxodla tədqiqat missiyaları planlaşdırır. "JAXA"nın nümayəndələri qeyd edirlər ki, hermetik kabinələrə malik idarə olunan lunoxodlar ay səthinin tammiqyaslı tədqiqat və istifadəsində mühüm rol oynayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.