Maraqlı

Apex Legends-in Ninja-ya 1 milyon dollar ödəndiyi iddia edilir

16 Mart 2019 08:25
0 Şərh     Baxış: 1 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apex Legends oyununun təqdimatı üçün heç bir xərcdən boyun qaçırmayan Electronic Arts-ın məşhur yayımçı Ninja-ya oyunu oynaması və təqdimatı üçün 1 milyon dollar ödədiyi barədə şayiəlar yayımlanıb.

Milli.Az chip.az-a istinadən bildirir ki, Electronic Arts Apex Legends oyunu ilə Battle Royale bazarına bir bomba kimi girdi və oyun tez bir zamanda elit oyunlardan birinə çevrildi. EA bu ​​müvəffəqiyyətə nail olmaq üçün reklama böyük büdcə ayırıb.

Auditoriyaya böyük təsir göstərmə gücünə malik Ninja, Apex Legends oyununu oynadı. Reuters tərəfindən açıqlanan influencer  statistikasına görə, EA məşhur naşirə böyük ödəniş etdi.

Belə ki, Reuters agentliyinə görə, şirkət Apex Legends haqqında tweet atması və 13.6 milyon Twitch izləyiciləri qarşısında oyun oynaması qarşılığında Ninja-ya 1 milyon dollar ödəyib. EA və Ninja arasındakı razılaşmanın hansı müddətə qədər keçərli olduğu məlum olmasa da o, 12 gün Apex Legends oynadıqdan sonra Fortnite-ə qayıtdı.

Qeyd edək ki, Ninja-nın keçən ilki qazancı təxminən 10 milyon dollar idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.