Maraqlı

Yeni Windows 10 ilə Android-li telefonlar idarə olunacaq

16 Mart 2019 08:46
0 Şərh     Baxış: 468

Test mərhələsindəki yeni Windows yeniləməsi ilə Android əməliyyat sistemli telefonlarla kompüter ekranından istifadə etmək mümkün olacaq.

Milli.Az chip.az-a istinadən bildirir ki, Microsoft-un Windows Phone ilə işi qurtarandan bəri, texnologiya nəhəngi digər iki böyük ağıllı telefon əməliyyat sistemi ilə inteqrasiya planlaşdırırdı ki, xüsusən Android sistemli telefonlar daha çox diqqət mərkəzində idi.

Qeyd edək ki, ötən ilin may ayında Your Phone adlı bir tətbiqlə kompüterlərə məktub və fotoşəkilləri sürətli köçürmə xüsusiyyəti istifadəçilərə təqdim olunmuşdu. Microsoft bu gündən etibarən, Android əməliyyat sistemli telefonların ekranını kompüterə əks etdirməyinizə imkan yaradır.

Belə ki, bu özəllik Windows 10 Insider-in ən son variantında istifadəyə təqdim olunur. Your Phone tətbiqindəki dəyişiklərin tam olaraq yekunlaşması bir neçə gün davam edə bilər. Təəssüf ki bu özəllik bu an üçün yalnız Android 7.0 üzərindəki əməliyyat  sistemlərini dəstəkləyir.

Bundan başqa, tətbiqdən istifadə edə bilmək üçün kompüterinizə aşağı enerjili bir Bluetooth radio avadanlığı quraşdırmağınıza ehtiyacınız var. Microsoftun bu xüsusiyyəti saxlayan yeganə kompüteri hazırda Surface Go olduğu üçün, digər kompüterlərdə bu xüsusiyyəti istifadə etmək üçün Bluetooth-u özünüz dəyişməlisiniz.

Microsoft, bu xüsusiyyəti zaman içində daha çox telefon və kompüterə yetirməyi planlaşdırır. Haqqında bəhs etdiyimiz özəlliklər Windows 10-un bir sonrakı variantına qədər çoxda geniş istifadə olunmayacaq. Bu səbəblə şirkətin daha fərqli dəyişikliklər etməsi də gözlənilə bilər.

Qeyd edək ki, Microsoft, kompüterə ekran əks etdirmə tətbiqinə sahib ilk şirkət deyil. Məsələn, Dell-in Mobile Connect adlı bir tətbiq var.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.