Maraqlı

Motorola RAZR qatlana bilən smartfonunun texnik özəllikləri bəlli oldu

16 Mart 2019 08:55
0 Şərh     Baxış: 1 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Motorola RAZR qatlana bilən smartfon haqqında məlumatlar yayımlandı.

Milli.Az chip.az-a istinadən bildirir ki, Motorola RAZR səkkiz çəyirdəkli və 2.2 GHz gücündə prosessor və Snapdragon 710 çip ilə təchiz edilib. Vizual platformada Adreno 616 qrafikası gözə dəyir.

Smartfonun iki fərqli şəkildə təqdim edilməsi gözlənilir: 4 GB RAM + 64 GB və 6 GB RAM + 128 GB. 2,730mAh batareraya sahib smartfon 27W TurboPower texnologiyası ilə şarj olunacaq. Lakin, cihazın kameraları haqqında heç bir məlumat yoxdur.

Smartfonun dizaynı istiridyə formasında olacaq və qatlana bilən hissə kənara doğru açılacaq. Telefonun əsas ekranı 6.2 düymlü OLED və 876 x 2142 piksel  dəstəkli olacaq. Telefonu heç açmadan bildirişləri görə bilmək üçün xarici hissədə 600x800 piksel ekran da var. Xarici ekranın tam ölçüsü haqqında heç bir məlumat yoxdur. Qatlana bilən smartfonun qara, ağ və qızılı rənglərdə satışa buraxılması gözlənir.

The Wall Street Journal-ın hesabatına görə, qatlanan smartfon bazarda 1500 dollar qiymətində satışa təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.