Maraqlı

İtaliyada oğul Breygelin saxta rəsm əsəri oğurlanıb

15 Mart 2019 08:38
0 Şərh     Baxış: 768

İtaliyanın Castelnuovo-Magra şəhərində (Liquriya vilayəti) yerləşən Müqəddəs Mariya Maqdalena kilsəsindən oğul Piter Breygelin burada saxlanan "Çarmıxa çəkilmə" adlı rəsm əsəri oğurlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, martın 13-də iki qarətçi kilsəyə daxil olaraq rəsmin üzərini örtən şüşəni sındırıb və əsəri oğurlayaraq ağ rəngli "Peugeot" avtomobillə hadisə yerindən uzaqlaşıb.

Şəhər meri və məbədin baş keşişi əvəzolunmaz itki barədə danışmağa başlayıb. Lakin sonradan məlum olub ki, onlar istintaqın maraqları naminə yalan danışırmış. Belə ki, hələ bir ay bundan öncə hazırlanan qarət barədə informasiya daxil olduqdan sonra karabinyerlər əsl Breygeli saxtası ilə əvəzləyib və kilsədə videokameralar quraşdırıblar. Hazırda qarətçilər video görüntünün köməyi ilə axtarılır.

Bir əsr bundan əvvəl yerli ailələrdən biri tərəfindən kilsəyə hədiyyə edilən rəsm əsərinin məbədə nə vaxt qaytarılacağı məlum deyil. "Çarmıxa çəkilmə" artıq 1981-ci ildə bir dəfə qarətçilərin əlinə keçmişdi. İkinci Dünya müharibəsi zamanı isə onu sənət əsərlərini Almaniyaya daşıyan nasistlərdən gizlətmək mümkün olmuşdu.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.