Maraqlı

AFR-də elektromobil satışı həcminin aşağı olması nə ilə bağlıdır

15 Mart 2019 08:04
0 Şərh     Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın avtomobil sənayesinin rəhbərləri elektromobillərin yeni erasının gəlib çatacağına uzun müddət inanmır və daxiliyanma mühərriklərinə daha çox ümid bəsləyirdilər. AFR belə avtomobillər istehsalı üzrə dünya liderləri sıraında idi. Nəticədə bu gün elektromobillərin çoxu yalnız kağız üzərində mövcuddur. Bundan əlavə, AFR-in hakimiyyət orqanları elektromobil alıcılarına güzəştləri yalnız yaxın vaxtlarda təqdim etməyə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Almaniyada elektromobillər satışının cüzi olmasının əsas səbəbləri bu iki amillə bağlıdır.

2018-ci ilin birinci yarısında Almaniyada təqribən 17 min 200 elektromobil və daha 16 min 700 hibrid mühərrikli maşın satılıb. Bu rəqəmlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz artım olduğunu göstərsə də, benzinlə və dizel yanacağı ilə işləyən yeni maşınların satışı ilə müqayisədə artım cəmi 1,8 faiz olub. Bu göstərici üzrə dünyada lider olan Norveçdə isə artım 40 faizə yaxındır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.