Maraqlı

Paelya UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilə bilər

15 Mart 2019 08:28
0 Şərh     Baxış: 1 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Valensiya şəhərinin meriyası ispan milli mətbəxinin nümunəsi paelyanın UNESCO-nun Dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün müraciət hazırlanması ilə məşğul olacaq ekspert komissiyası yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, komissiyanın tərkibinə müxtəlif sahələrdən olan mütəxəssislər daxil edilib. Komissiyanın ilk iclası bu günlərdə Valensiyanın iqtisadiyyat və turizm sahələrində inkişaf Şurasının rəhbərliyi ilə keçirilib.

Valensiyanın hakimiyyət orqanları xatırladıblar ki, UNESCO artıq bir sıra xörəkləri və kulinariya nümunələrini, o cümlədən Azərbaycan dolmasını, Neapolun pitsayoli və Malavi mətbəxini, ərəb qəhvəsini bəşəriyyətin qeyri-maddi mənəvi irsi elan edib. Şəhər meriyası paelyanın da bu siyahıya daxil edilməsi üçün hazırlıq prosesində komissiya üzvlərinə tam dəstək verəcəyini bildirib. Artıq bir müddətdir ki, Valensiyada sentyabrın 20-si Beynəlxalq Paelya Günü kimi qeyd olunur.

UNESCO üçün müvafiq məlumatların hazırlanması prosesinə Valensiya Universiteti, Valensiya Politexnik Universiteti, I Xayme Universiteti, Alikante Universiteti və digər təhsil müəssisələri cəlb olunub. Bütün prosedura iki ildən artıq müddətdə davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.