Maraqlı

Ceki Çan aktyorlara çağırış edib

15 Mart 2019 07:52
0 Şərh     Baxış: 1 070

Dünya şöhrətli aktyor Ceki Çan Çin Xalq Siyasi Məşvərət Şurasının iclasında çıxışı zamanı aktyorlara müraciət edərək, onları yoxsulluğa qarşı mübarizə aparmağa çağırıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "The China Daily" qəzeti yazıb.

Aktyorun fikrincə, kino sənayesinin nümayəndələri yoxsulluğun aradan qaldırılması üçün öz nüfuzundan istifadə etməlidirlər.

C.Çanın sözlərinə görə, onun özü problemin həlli üçün səy göstərir. Məsələn, ötən ilin sentyabr-dekabr aylarında 29 qrup təşkil edib. Məşhur insanların başçılıq etdikləri bu qruplar Çinin yoxsul rayonlarında imkansız əhaliyə yardım göstərməyə çalışıblar.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.