Maraqlı

Paltarına görə təyyarəyə buraxmadılar - FOTO

14 Mart 2019 18:19
1 Şərh     Baxış: 1 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Emili Okonnor adlı qadının libasına görə təyyarəyə minməsinə icazə verməyiblər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 21 yaşlı qadın qohumunun pencəyini geyinərək təyyarəyə daxil olub.

O, bu barədə Tvitter-də yazıb.

"Əgər üstümü örtməsəm məni təyyarəyə buraxmayacaqlarını dedilər. İnsanları narahat etməkdə günahlandırıldım, əgər pencək geyinməsəm, ətrafımdakı 4 personal məni içəri buraxmayacaqlarını dedi", - qadın yazıb.

Onun paylaşımı sosial mediada viral olandan sonra CNN televiziyası hadisəni araşdırıb. Havayolu şirkəti personallarının adından Okonnordan üzr istəyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.