Maraqlı

DiKaprio 25 yaşdan yuxarı qızları bəyənmir - FOTO

14 Mart 2019 14:12
0 Şərh     Baxış: 1 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial media istifadəçiləri Leonardo DiKaprionun sevgi münasibətləri ilə bağlı statistika hazırlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor sevgililərinin 25 yaşdan aşağı olmasını istəyir.

Ötən ildən etibarən, özündən 22 yaş kiçik argentinalı model Kamila Morronla birlikdə olan aktyorun bu münasibətinin uzunömürlü olmayacağı deyilir.

"Oskar"lı sənətçi 1997-ci ildən bugünədək 15-i model olmaqla, 20 məşhurla eşq yaşayıb və onlardan 25 yaşlarına çatanda ayrılıb.

İstifadəçilərin hazırladığı statistikaya əsasən, 44 yaşlı aktyor özü nə qədər yaşlansa da, sevgilərinin yaş məsafəsi dəyişmir.

Bildirilir ki, 22 yaşlı Kamilanın DiKaprio ilə sevgi münasibətinin üç il ömrü qalıb.

Qeyd edək ki, Leonardonun sevgililəri sırasında Bleyk Layvli, Bar Refaeli, Erin Hizerton, Cisel Bündşen, Toni Qarn, Keyt Moss, Nina Aqdal, Roksi Horner kimi məşhurlar da olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.