Maraqlı

"Toyota" şirkəti və Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi "Lunaxod" yaradacaqlar

15 Mart 2019 06:11
0 Şərh     Baxış: 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Toyota" avtomobil istehsalı şirkəti və Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi pilot tərəfindən idarə ediləcək "Lunaxod"un yaradılması barədə razılığa gəliblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatı tərəflər Tokioda keçirilən mətbuat konfransında açıqlayıblar. Bildirilir ki, razılaşmaya əsasən insan tərəfindən idarə ediləcək və Ayın səthində 10 min kilometr məsafəni qət edə biləcək aparatın yaradılması planlaşdırılır. Bunun üçün "Toyota" şirkətinin hidrogen yanacağı ilə işləyən mühərrik istehsalı texnologiyasından istifadə olunacaq.

Eyni zamanda, tərəflərin "Toyota" şirkətinin aparatın avtopilotda hərəkət etməsi və işləmə müddətinin uzadılması ilə bağlı təcrübəsindən istifadə olunması nəzərdə tutulur.

İlkin olaraq kabinəsinə iki nəfərin yerləşəcəyi aparatın yaradılması planlaşdırılır. Yeni aparatın 2029-cu ildə kosmosa göndəriləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.