Maraqlı

Ceyms Bond 250 min avro olan yeni nəsil elektrokarının sükanı arxasına keçəcək

15 Mart 2019 04:44
0 Şərh     Baxış: 620

Ceyms Bond haqqında 25-ci filmdə superagent "Aston Martin" şirkətinin qiyməti 250 min avro (328 min dollar) olan yeni nəsil elektrokarının sükanı arxasına keçəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, filmin rejissoru Keri Fukunaqa ətraf mühitin daimi müdafiəçisidir və bu qərar da onun istəyi ilə qəbul edilib. Hazırda Fukunaqa elektromobillərindən birini çəkilişlərə hazırlamaq üçün "Aston Martin"lə birgə çalışır. Filmin yaradıcılarının fikrincə, Bondu atmosferə zərərli maddələr buraxmayan avtomobildə oturtmağın vaxtı artıq çatıb.

Hazırda dünyada bu şirkətin ilk elektromobili olan "Rapide E" markalı 155 elektrokar var. "Aston Martin"in mühərriki benzinlə işləyən avtomobilindən ilk dəfə yarım əsrdən çox əvvəl Agent 007 rolunun ən populyar ifaçılarından biri - Şon Konneri "Qoldfinger" (1964) filmində istifadə edib.

Hələlik şərti olaraq "Bond 25" adlandırılan filmin çəkilişləri 2019-cu ilin aprelində başlayacaq. İndiyə qədər britaniyalı superagent barəsində 24 film çəkilib. Bu filmlərin ümumi kassa yığımı 10 milyard dollardır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.