Maraqlı

Üçüncü Reyxin xəzinəsinin xəritəsi tapıldı - FAKTLAR

15 Mart 2019 07:14
Baxış: 862

İngiltərənin "Daily Mail" qəzeti Üçüncü Reyxin yoxa çıxan xəzinəsi barədə yeni məqalə dərc edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, üçüncü Reyxin xəzinəsinin Polşada gizlədilməsinə dair faktlar üzə çıxıb.

Söhbət SS zabiti Eqon Ollenhauerin gizli gündəliyindən gedir. Bu gündəlikdə Hitlerin əmri ilə Almaniyadan 260 yük maşınının çıxarılması qeyd edilib. Maşınlarda müxtəlif qiymətli əşyalar olub və onlar Polşada 11 yerdə gizlədilib. Bundan başqa, əlyazmaya əsasən, Breslau (indiki Vrotslav şəhəri) yaxınlığında bir anbar var və burada Üçüncü Reyxin 28 ton qızılı gizlədilib. Digər anbarda isə (yeri göstərilmir) Rubens, Bottiçelli, Mone, Rembrand, Karavaco və Rafael kimi məşhur rəssamların əsərləri var.

Almaniyanın "Schlesische Brück" fondunun əməkdaşı Roman Furmanyak bildirir ki, gündəlik saxta deyil və Almaniyanın 5 institutunun ən yaxşı ekspertləri bu barədə rəy veriblər.

Tarixçi Yann Lamparsk gündəliyin tədqiqatında iştirak edib və deyib:

"Sənəd çox maraqlıdır. Amma tarix nöqteyi-nəzərdən bu sənəd maraqlıdır, çünki İkinci Dünya Müharibəsinin sonuna aid çox məlumat var. Həqiqətən də Üçüncü Reyxin xəzinəsinin Polşaya aparılması planı barədə məlumat da var. Amma məncə bu, nasistlərin baş tutmayan planıdır. Çünki SS-in sağ qalan zabitləri müharibədən sonra Polşaya heç bir maraq göstərməyiblər. Ehtimal edirəm ki, Hitlerin Üçüncü Reyxin xəzinəsi ilə bağlı planı dəyişib".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.