Maraqlı

Üzünü mişarla doğradı, sonra həkim yanına yollandı - FOTO

14 Mart 2019 12:07
0 Şərh     Baxış: 2 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliya sakini təsadüfən üzünü motomişarla doğrayıb, sonra da xəstəxanaya yollanıb.

Milli.Az How I Survived-ə istinadən bildirir ki, 68 yaşlı Bill Sinqlton odun doğramaq üçün meşəyə yollanmışdı. Özü ilə müxtəlif ölçülü iki motomişar aparan Sinqlton daha iri motomişarı işə salıb.

Ağacı doğramağa başlayanda motomişar əlindən çıxıb.

Mişar B.Sinqltonun üzünü tən yarıdan kəsib. Dili kəsildiyindən o, telefonla zəng vurub yardım çağıra bilməyib. Güclü qanaxma nəticəsində huşunu itirən Sinqlton bir müddət sonra özünə gəlib, maşına tərəf 40 metr sürünüb və əlinə keçən parçalarla üzünə sarğı qoyub.

"Meşədə kimsənin mənə yardım edəcəyinə ümid etmədim. Ona görə maşına oturub xəstəxanaya yollandım", - deyən Sinqlton üzünü əli ilə tutaraq 32 km məsafəni avtomobildə qət edib.

O, xəstəxanada dərhal cərrahiyyə əməliyyatına məruz qalıb. Xəstəxanada üç həftə qalandan sonra Sinqlton evə buraxılıb.

Baş verənlərə rəğmən Bill Sinqlton yenə meşəyə odun doğramağa gedir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.