Maraqlı

Məktəblilər arasında yayılmış oyun Türkiyədə də təşviş yaradıb

13 Mart 2019 21:32
1 Şərh     Baxış: 1 064

Bütün dünyada yayılan və yeniyetmələr arasında intiharlara səbəb olan "Momo Challange" oyunu Türkiyədə də təşviş yaradıb. Bu səbəbdən Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin Uşaq Xidmətləri Baş Müdirliyi tərəfindən ölkənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsindən oyunun ölkədə yayılmasının qarşısının alınması tələb edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yetkinlik yaşına çatmayanlar arasında geniş yayılmış bu oyunun qaydalarına uyğun olaraq oyunçu özünə xəsarət yetirir və hətta intihar edir. Bu səbəbdən Türkiyə məktəblərində oyunun yayılmasının qarşısının alınması və internetdən düzgün istifadə qaydaları ilə bağlı təlimlər keçirilir.

Oyun sosial şəbəkə üzərindən dəvətlə yayılır. Dəvəti qəbul edənlərin telefonuna bir müddət sonra narahatlıq yaradan, qorxu və şiddəti özündə əks etdirən mesajlar və videogörüntülər gəlməyə başlayır ki, bu da azyaşlıların psixoloji vəziyyətinə mənfi təsir göstərir.

Qeyd edək ki, oyunun qəhrəmanı Yaponiyada bir muzeydə sərgilənən quş-qadın heykəli obrazını özündə əks etdirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Fağır · 13 Mart 21:4300

    İndi depressiya yayılıb. Onda intihar yaradır. Bunlar boş söhbətdi axı

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.