Maraqlı

Bu paytaxt onuncu dəfə dünyanın ən yaşamalı şəhəri seçilib

13 Mart 2019 22:38
0 Şərh     Baxış: 2 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriyanın paytaxtı Vyana şəhəri onuncu dəfə "dünyanın ən yaşamalı şəhəri" seçilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, insan resursları üzrə beynəlxalq konsaltinq mərkəzi olan "Mercer" tərəfindən tərtib edilən ümumdünya reytinqində şəhərlər həyat keyfiyyəti standartlarına görə sıralanırlar. Builki dünya şəhərlərinin yeni siyahısında ilk onluqda yenə də Avropa şəhərləri üstünlük təşkil edir. Həmin siyahıda Sürix 2-ci yeri tutub, Almaniyanın Münxen, Kanadanın Vankuver və Yeni Zelandiyanın Oklend şəhərləri 3-cü yeri bölüşdürüblər.

Builki renkinqdə ilk onluqda yenə Avropa şəhərləri üstünlük təşkil ediblər: Düsseldorf (6), Frankfurt am Mayn (7), Kopenhaqen (8), Cenevrə (9) və Bazel (10).

21-ci dəfə dünyanın 231 şəhərinin qiymətləndirilməsi əsasında tərtib edilmiş həmin siyahıda şəhərlərin təklif etdiyi ictimai xidmətlər, tibbi və təhsil imkanları, infrastruktur və nəqliyyat, ekoloji durum və yaşıllıqlar, sosial-mədəni tədbirlər nəzərə alınıb. Eləcə də hər bir şəhərdə kriminogen vəziyyət, ölkədəki sosial-siyasi inkişafın şəhərə təsiri də qiymətləndirmədə mühüm rola malik olub. Qiymətləndirmə dünyanın müxtəlif şəhərlərində beynəlxalq təşkilatlarda çalışan və ya uzunmüddətli ezamiyyətlərdə olan işçilər arasında aparılan sorğu əsasında tərtib edilir.

Həyat keyfiyyəti araşdırmasında sonuncu yerdə son illərdə olduğu kimi yenə də İraqın paytaxtı Bağdad şəhəri dayanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.