Maraqlı

Aktauda fırtına yüzlərlə xərçəngi sahilə atıb

13 Mart 2019 22:20
0 Şərh     Baxış: 1 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın Aktau şəhərində xərçənglərin Xəzər sahillərinə kütləvi şəkildə atılması müşahidə edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Mangistau vilayətinin balıq müfəttişliyi idarəsində bu hadisəni Xəzərdə bu yaxınlarda baş verən fırtına ilə izah ediblər. Qış yuxusundan yenicə ayılan və qüvvə toplamağa macal tapmayan xərçənglər güclü küləyə müqavimət göstərə bilməyiblər. Yerli ekoloqlar, həmçinin dənizin dayazlaşmasının da rolunu qeyd edirlər.

Aktau sakinləri "balıq ovu"nu toplamaq üçün sahilboyuna əllərində paketlə gəlirlər. Sahildə, həmçinin təbiəti mühafizə polisi keşik çəkir. Sakinlərlə apardıqları söhbətlərdə onlar xərçəngləri dənizə buraxmağı xahiş edirlər.

"Dəniz çox dayazlaşıb, daşlar, onların məskunlaşdıqları yerlər daha az miqdarda su ilə qorunur. Yazın gəlişi, xərçənglərin ayılması, həmçinin gecə fırtınası yüzlərlə xərçəngi sahilə atıb. Xərçənglərin geriyə, suya dönərək xilas olmaq şansları yoxdur. Apreldən başlayaraq, kürü tökmə mövsümü başlayır, əfsuslar olsun ki, indi insanlar tərəfindən toplanan xərçənglər bunu edə bilməyəcəklər. Əlbəttə ki, bu, populyasiyaya xələl gətirməsə də, xoşagəlməz haldır. Əgər könüllülər xidməti olsaydı, sakinlərin xərçəngləri yığmaqlarının qarşısını almaq məqsədilə onların toplanmasına və dənizə buraxılmasına yardım edərdilər", - deyə "Eko Mangistau" qeyri-hökumət müəssisəsinin rəhbəri Kirill Osin bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.