Maraqlı

Bacısını zorlayıb, öldürüblər - Məşhur aktyorla bağlı dəhşətli faktlar üzə çıxdı - FOTO

13 Mart 2019 13:36
0 Şərh     Baxış: 6 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın məşhur aktyoru Kelsi Qrammerlə (Kelsey Grammer) bağlı dəhşətli faktlar üzə çıxıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, həm müğənni, aktyor, prodüser, həm də ssenarist kimi fəaliyyət göstərən Kelsin hazırda "Sübut olunmuş məsum" filminə çəkilir.

Onlarla mükafatlara layiq görülən aktyorun həyatı o qədər faciələrlə doludur ki, o, öz həyatından film çəkmək istəsə, "qeyri-realdır deyilib" rejissorlar tərəfindən rədd edilər.

Belə ki, aktyorun atası güllələnib, bacısı zorlanaraq qətlə yetirilib, iki qardaşını isə köpək balıqları yeyib.

Uğurları barədə danışarkən yaşadığı faciələrdən də bəhs edən aktyorun dediyinə görə, babası ölümündən əvvəl dəfələrlə "bizim ailəmiz lənətlənib" deyib.

Həmçinin aktyorun 3 evliliyinin hamısı uğursuz olub, xanımları dəfələrlə uşaqlarını düşürüb, özü isə infarkt keçirib.

Hazırda aktyorun 64 yaşı var.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.