Maraqlı

22 milyon il əvvələ aid diş tapıldı: Meymunun insana çevrilməsinin səbəbi anlaşıldı - FOTO

12 Mart 2019 20:54
4 Şərh     Baxış: 2 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antropoloqlar yeni tapıntı ilə elm dünyasına növbəti töhfəsini verib. Keniyanın şimal-qərbində nəsli kəsilmiş meymun növünün 22 milyon il əvvələ aid olan diş qalıqları tapılıb.

Tapıntı insanlar da daxil olmaqla primatların təkamül tarixindəki boşluğu doldurmaq baxımından çox əhəmiyyətlidir. İndi alimlər müasir insan və meymunların diş şəklinin necə formalaşmasını rahat araşdırıb öyrənə biləcəklər.

Milli.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, qazıntılar Afrikadakı Qərbi Turqan regionunda aparılıb. 19-25 milyon il əvvəl bu yerlərdə başqa heyvanlarla birlikdə meymunların da yaşadığı meşələr olub. Tədqiqatçılar sürünənlərin və məməlilərin, xüsusilə fillərin xeyli daşlaşmış qalıqlarını tapıblar.

Dişlərin bir çox primitiv xüsusiyyətləri var ki, məhz buna görə meymunu "Alophia metios" növünə aid etmək lazım gəlir. Çeynənən səthlərdə fərqlilik aşkardır. Xüsusi tırtıllar gözə dəymir. Bu xüsusiyyətə görə alimlər əvvəlcə donuz qalığı tapdıqlarını düşünürdülər. Həmin növün rasionuna bərk meyvələr, toxumlar və fındıq daxil olub. Alimlər bundan çıxış edərək, belə hipotez irəli sürüb ki, meymunlarda və insanlarda dişlərin inkişafına yarpaq yemənin pəhrizə salınması səbəb kimi göstərilməlidir.

Daha əvvəl 19 milyon və 25 milyon il əvvələ aid meymun qalıqları tapılmışdı və alimlər 6 milyon il ərzində meymunun təkamülünü anlamağa çalışırdılar. 22 milyon il əvvələ aid tapıntı bu boşluğu doldurub və meymunun insana çevrilməsində pəhrizin əhəmiyyətli rolunu ortaya qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.