Maraqlı

Kerimcanın başı vergi borclarına görə dərddədir

12 Mart 2019 19:24
0 Şərh     Baxış: 505

İnstaqramda milyonlarla izləyicisi olan türkiyəli sosial media fenomeni Kerimcan Durmazın vergi problemi ilə üzləşib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Vergi İdarəsində onun haqda 8 ayrı sənəd hazırlanıb və bank hesablarına gələn pullardan vergi çıxılıb.

Aldığı bahalı geyimləri, çantaları, hətta vanna otağı belə nəzarətə götürülən Durmaz ona kəsilən cəzalara görə ayrı-ayrı məhkəməyə müraciət edib.

Bildilir ki, Kerimcanın bank hesabınd gələn 387 min 900 lirəyə görə ona 38 min 790 lirə, üstəlik, etdiyi alış-verişlərə görə, 80 min lirə ƏDV cəzası kəsilib.

Kerimcan isə məhkəmə zamanı özünü müdafiə edərək, vergilərinin hamısını ödədiyini, köçürülən pulların keçmişdə dostlarına verdiyi borclar olduğunu söyləyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.