Maraqlı

Bu müalicə olunmayan böyrək xəstəliyini adi su müalicə edir

12 Mart 2019 21:05
0 Şərh     Baxış: 1 080

Böyrək polikistozu ağır anadangəlmə böyrək xəstəliyidir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu xəstəlik zamanı böyrəklərin üzərində çoxlu sayda kistlər əmələ gəlir. Bu kistlər böyrəklərin sağlam toxumalarını dağıdır ki, nəticədə böyrəklər tədricən ölür. Bu səbəbdən belə xəstələrin 50%-dən çoxunda dializ və ya böyrək transplantasiyasını tələb edən böyrək çatışmazlığı inkişaf edir.

Təəssüf ki, müasir tibdə bu xəstəliyin müalicəsi yoxdur. Məhz bu səbəbdən İrlandiya alimlərinin son araşdırması böyük maraq boğurur.

İrlandiya alimləri aşkar ediblər ki, adi suyun qəbulunun artırılması polikistozun inkişafını ləngidir.

Araşdırmanın nəticələri News-medical.net-də dərc olunub.  

Mütəxəssislərin sözlərinə görə, suyun kifayət miqdarda qəbulu kistlərin əmələ gəlməsini təmin edən hormonun fəaliyyətini ləngidir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.